Gədəbəydə qonşular ana və qızını döyüb
Gədəbəy rayonunda ana və qızı döyülərək ağır xəsarətlər alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Talakənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1940-cı il təvəllüdlü H.Ələsgərova və onun qızı 1974-cü il təvəllüdlü Z.Ələsgərova döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
H.Ələsgərovanın xəsarətlərlə yanaşı qolunun da sındığı bildirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qızının durumu isə kafidir.
Xəsarətl alanlar bildirib ki, onlar qonşuları tərəfindən döyülərək xəsarət alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.