10 Avqust 2025

Mülki müdafiə planının hazırlanması üzrə İşçi qrupun növbəti iclası keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın İşçi qrupunun növbəti iclası keçirilib.

FHN-dən “İki sahil”ə verilən xəbərə görə, nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanovun sədrliyi ilə keçirilən İşçi qrupun iclası mülki müdafiə planının hazırlanması məsələlərinə həsr olunub.

İclasda “Əhali və ərazilərin fövqəladə hallardan mühafizəsi və mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu”nun layihəsi geniş müzakirə edilib, təkliflər səsləndirilib.