23 Dekabr 2024

Azərbaycanlı oyunçu postsovet ölkələrinin ən bahalı futbolçularından biridir

Postsovet məkanının UEFA-ya üzv olan ölkələrinin ən bahalı futbolçularının siyahısı müəyyənləşib.

“Report” “Transfermartkt”a istinadən hazırladığı “11-lik”də Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli də düşüb. O, Belarusu təmsil edən Vitali Lisakoviçlə birlikdə 7-8-ci yerləri bölüşdürür.

25 yaşlı hücumçu ölkənin ən bahalı oyunçusu kimi göstərilib. Emreliyə 1,5 milyon avro qiymət qoyulub.

1. Ukrayna – Ruslan Malinovski (“Atalanta”, İtaliya) – 30 milyon avro;

2. Rusiya – Aleksandr Qolovin (“Monako”, Fransa) – 25 milyon avro;

3. Gürcüstan – Xviça Kvaratsxeliya (”Dinamo”, Batumi) – 16 milyon avro;

4. Ermənistan – Henrix Mxitaryan (“Roma”, İtaliya) – 10 milyon avro;

5. Qazaxıstan – Bəxtiyar Zaynutdinov (MOİK, Rusiya) – 4 milyon avro;

6. Moldova – Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan) – 3 milyon avro;

7-8. AZƏRBAYCAN – Mahir Emreli (“Dinamo”, Zaqreb, Xorvatiya) – 1,5 milyon avro;

7-8. Belarus – Vitali Lisakoviç (“Rubin”, Rusiya) – 1,5 milyon avro;

9-10. Latviya – Vladislav Qutkovski (“Rakuv”, Polşa) – 1,2 milyon avro;

9-10. Litva – Gedrüs Arlauskis (klubsuz) – 1,2 milyon avro;

11. Estoniya – Rauno Sappinen (“Pyast”, Polşa) – 700 min avro.