Ərinə əsəbiləşən qadın 10-dan çox həb içdi
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
media1.az-ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü A.Vediyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə 37 yaşlı qadın 10-dan artıq həb qəbul edib. Onun həyat yoldaşına əsəbiləşərək dərman içdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.