22 Noyabr 2024

İƏT Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi, Ermənistana göz dağı verdi

“İƏT-in Aşqabad sənədində Azərbaycanı təbrik edən 9 dövlətdən üçü KTMT-nin üzvüdür”-Deputat Aydın Hüseynov

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı başlayıb. Zirvə Toplantısında Azərbaycan Prezidenti çıxış edib. Prezident öz çıxışında İƏT-lə, Azərbaycanla, ev sahibi ölkə ilə bağlı və digər vacib istiqamətlərdə fikirlərini bölüşüb. Dövlət başçı Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, beynəlxalq platformalarda, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə çox səmərəli işbirliyi yaratdığını vurğulayıb.

Zirvə görüşündə İƏT-ə üzv dövlətlərin liderləri birgə sənəd imzalayıblar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində xüsusi olaraq Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.
Deputatın sözlərinə görə, Aşqabad sənədində məhz Azərbaycana bu cür xüsusi diqqət ayrılması dövlətimizin ciddi uğurudur. Bu, bir daha onu göstərir ki, Azərbaycan həm İƏT-də xüsusi hörmət, nüfuz sahibidir, İƏT-ə töhfə verən dövlətdir, həm də bu təşkilatdakı dövlətlərlə sıx əməkdaşlıq, dostluq, qardaşlıq münasibətlərindədir.

Aydın Hüseynov seçiciləri ilə onlayn görüşdü – Rakus.az

Aydın Hüseynov

A.Hüseynov daha bir maraqlı və Azərbaycan üçün uğurlu detala diqqət ayırdı: “Bilirsiniz ki, İƏT-ə 10 ölkə daxildir. Bu ölkələrin prezidentlərinin imzaladığı Aşqabad sənədində yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Azərbaycanı öz imzası ilə təbrik edən 9 dövlətdən üçü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Bunlar Qazaxıstan, Qırğızıstan və Tacikistandır. KTMT-nin 6 üzvü var-Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan. KTMT-nin hərbi ittifaq olduğu bəllidir. Beləliklə, KTMT-nin yarısı Azərbaycanı işğaldakı ərazilərini azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə rəsmi sənədə imza ataraq təbrik etmiş oldu. Azərbaycanın KTMT-yə üzv olan Belarus Prezidentinin də 8 noyabrda Zəfər günü münasibətilə təbrik etdiyini nəzərə alsaq ortaya Ermənistan üçün çox acı mənzərə, Azərbaycan üçün isə çox böyük uğur tablosu çıxır-Ermənistanın KTMT çərçivəsində müttəfiqi sayılan dövlətlərin demək olar hamısı Azərbaycanın qələbəsini tanıyır, Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edir. Ermənistan üçün bu fakt çox ciddi məğlubiyyətdir. Bir ölkə üçün belə bir situsiya ilə üz-üzə qalmaq onun acı sonluğunun bir əlaməti sayıla bilər. Ermənistan son iki ildə dəfələrlə bəyan edib ki, KTMT-də birlikdə olduqları ölkələr Ermənistandan çox Azərbaycanla yaxın münasibətlərdədirlər”.

KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi göstərdi ki, Ermənistan KTMT-də  heç bir dəyərə malik

Deputat qeyd etdi ki, KTMT üzvü olan dövlətlərin Azərbaycana bu cür yaxın münasibət bəsləməsi Azərbaycan Prezidentinin məharətlə həyata keçirdiyi xarici siyasət, dövlətlərlə dostluq münasibətləri qurması sayəsində reallaşıb: “Bu, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən çox böyük ustalıqla davam etdirilməsinin bəhrəsidir. Azərbaycan İƏT-in fəal üzvüdür, beynəlxalq platformalarda, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə çox səmərəli işbirliyi yaradıb. Ümumən İƏT üzvləri ilə yaxın dostluq münasibətlərində olan ölkəmizin üzv olduğu bütün qurumlarda məsuliyyətli, ləyaqətli tərəfdaş olması bilinən bir gerçəklikdir. Üstəlik, ötən il 44 günlük müharibədə qazandığımız tarixi Zəfər ölkəmizin tərəfdaşlarla daha geniş işbirliyi imkanlarını, İƏT-ə, ikitərəfli, çoxtərəfli əlaqələrə töhfələrini artırıb.

Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxış edib -  YENİLƏNİB - VİDEO

Qəbul edilən Aşqabad sənədində üzv ölkələrin Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılması da bunun bariz nümunəsi hesab olunmalıdır.

İƏT üzvü olan dövlətlərdən qardaş Türkiyə artıq işğaldan edilmiş ərazilərin bərpası, yenidən qurulması işlərində aktiv iştirak edir. Türkiyənin böyük tikinti şirkətləri quruculuq, inşaat işlərinə, çox böyük layihələrə cəlb olunub. Gələcəkdə İƏT üzvü olan digər qardaş, dost ölkələrin də Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrində iştirakı, bu layihələrə investisiya qoymasının reallaşması münasibətlərimizi daha da dərinləşdirəcək”.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyala  həyata keçirilir - Aşqabad zirvəsi


Qeyd edək ki, hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Hazırda İƏT-in 10 üzvü var-Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub.
Bugünkü zirvə toplantısında təşkilata sədrlik Türkmənistandan Özbəkistana keçib.
İƏT-in katibliyi Tehranda yerləşir. Baş katib Xusrav Noziridir (Tacikistan).

Etibar Seyidağa,
Musavat.com