22 Noyabr 2024

Rüstəm Muradov Qarabağa gəlir – son dəqiqə

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gələcək.

“Report” “Sputnika Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Rusiya Cənubi Hərbi Dairəsi yayıb.

Bildirilib ki, noyabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti yerəşdirilməsinin bir ili tamam olur.

Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov Müdafiə Nazirliyinin 200-ə yaxın medalını özü ilə birlikdə gətirir. Hərbi xidmətdə fərqlənənlər həmin medallarla təltif ediləcəklər.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib. R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib.

Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-mayor Mixail Kosobokov rəhbərlik edir.