18 Oktyabr 2024

Müqəddəs 2914! Hansı bölgələr üzrə neçə Şəhidimiz var?

44 günlük Vətən müharibəsində 2914 nəfər hərbi qulluqçunun şəhid olduğu rəsmən açıqlanıb.

Musavat.com rəsmi qaynaqlara istinadən xəbər verir ki, 2914 şəhidimizin həlak olduqları istiqamətlər üzrə göstəricilər belədir:

1. Füzuli – 812 nəfər

2. Suqovuşan – 644 nəfər

3. Xocavənd – 412 nəfər

4. Şuşa – 357 nəfər

5. Murovdağ – 234 nəfər

6. Qubadlı – 173 nəfər

7. Cəbrayıl – 155 nəfər

8. Laçın – 58 nəfər

9. Zəngilan – 37 nəfər

10. Ağdam – 29 nəfər

11. Ağcabədi – 2 nəfər

12. Bərdə – 1 nəfər

Orta hesabla müharibənin hər günü 70 əsgərimiz şəhid olub.

Ruhları şaddır, inşallah. Azərbaycan bu şəhadətlər sayəsində yenidən doğdu!

Media1.az