19 Oktyabr 2024

Zabit olduğum üçün səfərbərbərlik çağırışını hər an gözləyirdim- Bərdə rayon Səhiyyə Şöbəsinin baş mühasibi Cəlal Qocayev

Calal Qocayev Bərdə rayon Səhiyyə Şöbəsinin baş mühasibi, ehtiyyatda olan zabitdir.Vətən müharibəsi başlayanda vətəni sevən  qeyrətli Azərbaycan oğlu kimi o da hərbi səfərbərliyə hazır olub.

Sentyabrın 27-də müharibə başlayan günü xəstəxanada yaralıların qəbul olunmasına , palatalarda yerləşdirilməsinə kömək edib.İlk iki günü mülki həyatda arxa cəbhənin əsgəri olub. Sentyabrın 29-da isə axşam saat 10 radələrində hərbi komissarlığın səfərbərlik çağırışını alıb. Ertəsi gün sübh tezdən saat 5-də çağrılan məntəqəyə yollanıb.

“27 sentyabr günü hər birimizin qəlbində dərin izlər qoyub.Hansı ki, səhəri top-tüfəng səsi ilə qarşıladıq.Tibbi işçisi olduğuma görə orduya səfərbər olunmazdan öncə də mən müharibə həyatına demək olar ki, başlamışdım. Yaralıların qəbul edilməsinə, yerləşdirilməsinə xəstəxananın bütün heyəti kimi köməklik edirdim.”-deyən Calal Qocayev ilk günü belə xatırlayır.

Səfərbərlik çağrışını alan zabit Calal Qocayev bildirir ki: “ Zabit olduğum üçün səfərbərbərlik çağırışını hər an gözləyirdim. Hərbi komissarlıqdan zabit olduğumuza görə bizimlə həmişə maraqlanırdılar. Ona görə də səfərbərliyə hazır idim.Sentyabrın 29-u saat 10 radələrində çağırışı alanda da tam razılıq hissi ilə qarşıladım.Ertəsi gün sübh tezdən saat 5-də çağrış məntəqəsinə yollandım. Özüm də daxil olmaqla digər zabitlər yoldaşlarımda da böyük ruh yüksəkliyi var idi.Heç kim bəhanə gətirib xidmətdə yayınmağa cəhd etmədi. “

Calal Qocayev xidmətə başlamaq üçün əvvəl Goranboy istiqamətindəki Ağcakəndin Ballıqaya cəbhə xətinə göndərilib. Sonra isə xidmətini Murovdağ cəbhəsində davam etdirməli olub.

Ordunun əhval ruhiyyəsindən danışan zabit  bildirir ki, orduda əsgərdən zabitə qədər  hamı da qələbə ruhu var idi. Əsgər və zabitlər ancaq irəli getmək amalındaydı. 5000 nəfərlik heyətin hamısında yüksək əhval ruhiyyə hökm sürürdü.Bütün heyət torpaqların azad edilməsi ruhunda, mənfur düşmənin vətənimizdən qovmaq üçün bacardığını etməyə çalışırdı.Bütün bunların da özəyində vətən eşqi dayanır və siyasi işin düzgün qurulmasına bağlı idi.

Digər cəbhələrdən qələbə xəbərlərini alanda heyətin döyüş ruhu daha da artır, yeni qələbələrə can atırdıq.Qələbələrin içində ən çox sevindiyimiz Şuşanın azad olunması idi. Həyatımda sözün həqiqi mənasında ən çox bu xəbərə sevinmişəm.Şuşanın alınması tam qələbəmizin əldə olunması demək idi.”- deyə Calal Qocayev cəbhə təəssüratlarını bizimlə, belə, bölüşür

Sülh bəyənnaməsi imzalanandan bir gün öncə olduğumuz yerdən hücum əməliyyatına hazırlaşırdıq.Gecə saat 12 radələrində üç tərəfli bəyənnamənin imzalanması barədə xəbər gəldi.Bu xəbərdə sevinclə qarşılandı.

Zabit Calal Qocayev döyüş meydanında olsa da özündən yox, arxadakı ailə üzvlərindən  nigaran imiş . Düşmənin mülki əhalini hədəf seçməyindən , Bərdənin vaxtaşırı raket atəşinə tutulmasından narahat olurmuş.

10 noyabr bəyənnaməsindən ayyarım sonra zabit Calal Qocayev ordudan tərxis olunub. Və yenidən mülki həyata qayıdaraq, işinin başına keçib.   

Musa Muradlı