19 Oktyabr 2024

Regionlarda tullantılarla bağlı poliqonlar yaradılacaq

“Proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur”

Tullantılarla əlaqəli yaradılacaq 8 regional poliqonun yerləşəcəyi ərazilər müəyyən olunub.

AzNews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert” saatı”nda deyib.

Şöbə müdiri bildirib ki, 38 ötürücü stansiyaların yaradılması da nəzərdə tutulub: “Proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur”.