02 Avqust 2025

Şöhrət Eyvazov: Mənim üçün 44 günlük müharibə ədalətin bərpası deməkdir

Jurnalist Şöhrət Eyvazov ilə söhbətin davamı
Cəbhə bölgəsində işləyən jurnalist mövcud təhlükədən danışıb. Bildirib ki, həyatına təhlükə olsa da heç vaxt bundan çəkinməyib. Atalardan qalan el məsəlini xatırlatmaqla deyir ki, “Qurddan qorxan meşəyə girməz”.

  • Cəbhə bölgəsində işləyərkən həyatınız üçün təhlükə olubmu?
  • Müharibənin ilk günü Tərtər istiqamətindəydik.Olduğumuz yerlər düşmənin artilleriya zərbələrinə məruz qalırdı.Əvvəllər həmin təhlükəni biz Aprel döyüşlərində də yaşamışdıq.Qərvənd kəndi və Tərtər istiqamətində dəfələrlə yaxınlığımıza mərmilər düşmüşdü.Ondan bir qədər də əvvələ qayıtsaq atəşkəs dövründə də erməni silahlıları dinc əhalini atəşə tuturdular. Bayram günləri qəbristanlığa əzizlərini ziyarətə gedənləri gülləbaran edirdilər. Bir dəfə Ağdamın Mirəşelli kənd qəbristanlığında dinc əhali ilə birgə biz jurnalistlər də gülləbəran olunmuşduq.Həmişə biz jurnalistlərin bir üstünlüyününü qeyd edirəm. O da hərbçilərdən sonra işğaldan azad edilmiş torpaqlarımıza gedə bilməyimizdir.Eyni zamanda onu da deməliyik ki, hərbçilərdən sonra təhlükəyə məruz qalan peşə sahibləri də jurnalistlərdir.Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, təhlükə bu gün də var. Minalardan təmizlənmiş ərazilərə gedirik.Həmin ərazilərdə kiçik bir səhf bizə baha başa gələ bilər.Təhlükəsizlik qaydalarını pozmuş olsaq düşməni sevindirə bilərik.Odur ki, bir daha həmkarlarımı, azad edilmiş torpaqlara gedənlərə ehtiyyatlı olmağı tövsiyyə edirəm.
  • II Qarabağ müharibəsini necə qarşıladınız.Hansı hissləri keçirirdiniz?
  • Müharibəni həmişə gözləyirdik. Ölkə prezidentinin torpaqlarımızın sülhnən qaytarılmayacağı təqdirdə müharibənin qaçılmaz olması barədə təcavüzkar Ermənistanı xəbərdarlıq edirdi. Əvəzində isə onlar daha təcavüzkar mövqe nümayiş etdirirdilər. Son olaraq ermənilərin yenidən hücumu, ölkəmizin əks hücum əməliyyatlarına məcbur etdi.Onu deyim ki, biz bu müharibəyə atəşkəs dövründən hazırlaşırdıq.Bayaq dediyiniz suala uyğun olaraq deyə bilərəm ki, yanımıza mərmi düşsə də belə biz istənilən təhlükəni göz önünə alıb o, çəkilişləri aparmağa hazır idik. Demək olar ki, ordumuz ilə yanaşı jurnalistikamız da bu imtahandan üzüağ çıxdı.
  • Cəbhə bölgəsində işləmək üçün jurnalist hansı spesifik keyfiyyətlərə,xarakterik xüsusiyyətlərə malik olmalıdır?
  • Jurnalist ən əsası informasiya təhlükəsizliyini bilməlidir.Bəzən jurnalist sensasiya yaratmaq xətrinə elə bir məlumat vermək istəyir ki, xalqımıza, dövlətimizə, ordumuza bundan ziyan gələ bilər.Biz bunu atəşkəs dövründə də , I Qarabağ müharibəsində də, Aprel döyüşlərində də görmüşük.I Qarabağ müharibəsində bir kənddən 3-5 nəfər hərbçi göstərirdilər. Hansı ki, silah-sursatları zəif təşkil olunmuşdu. Məncə, Ermənistan ordusuna bundan yaxşı ötürülmüş məlumat ola bilməzdi. Sonra görürdük ki, həmin kənd ermənilərin hücumuna məruz qaldı.Az keçmədi ki, bu hal aradan qaldırıldı. Aprel döyüşlərində də bu tip xətalara yeni yaranmış saytlar və sosial şəbəkələrdə müşahidə olundu. Gələn təhlükələrin qarşısını almaq üçün Azərbaycan hökuməti ciddi addımlar atmağa başladı.Avqust döyüşlərində və 44 günlük müharibədə Azərbaycan jurnalistikası informasiya təhlükəsizliyi imtahanından uğurla çıxdı.
    Jurnalist Şöhrət Eyvazlı müəyyən istisnaların olduğunu da deyir. Jurnalistlərdən biri Tərtər şəhəri artilleriya zərbələrinə məruz qalarkən vurulan yerin ünvanını səsləndirməklə qarşı tərəfə koordinatı müəyyən etməkdə şərait yaratdığını qeyd edir. Ancaq belə səhflər də tez bir zamanda aradan qıldırılıb.
    Həmsöhbətimiz bölgədə işləyən jurnalistlərin şəraitə hazır olduğunu, Bakıdan ezam olunan jurnalistlərində qısa müddətdə situasiyaya uyğunlaşdıqlarını deyir.Məlum olur ki, bölgəyə ezam olunan televiziya əməkdaşları arasında İTV –nin jurnalistləridə olub. Onlar da öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetiriblər.
    Həmkarımız Şöhrət Eyvazov müharibədən danışarkən ermənilərin tarixən xalqımıza qarşı törətdiyi qanlı qətliamı xatırladır. Bildirir ki, əslən O, Qərbi Azərbaycanlıdır. Bərdə rayonunda doğulsa da atası Dərələyəz mahalının Sallı kəndindəndir.Anası Sisianın Ərəfsə kəndindən olub. Ata qohumları doğma kəndlərindən Bərdə rayonuna deportasiya olunub. Gəldikləri il əmisi Məmmədəli yerli şəraitə dözməyərək dünyasın dəyişib.
    “1905-1918-ci il ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlarda ana qohumlarımdakı kişilərin çoxu döyüşlərdə həlak olub. Uşaq vaxtından xalqlar dostluğu haqqında nə qədər nağıllar danışsalar da ermənilərə inanmamışıq. “Erməni-müsəlman davası”,”Andranikin qulağının kəsildiyi gün “ belə söhbətləri valideyinlərimizdən çox eşidirdik. Aprelin 24-nü ermənilər soyqırım günü adlandırsalar da biz həmin günə Andranikin qulağının kəsildiyi gün deyirdik.”- müharibə haqqında düşüncələrini Şöhrət Eyvazov belə izah edir.
    Sonda müharibə haqqında danışan müsahibimiz 44 günlük müharibəni xalqımız üçün həm də ədalətin bərpası adlandırır. Bildirir ki, İşğal olunmuş torpaqlarımızın mənfur düşməndən azad olunmasını bu baxımdan ədalətin yenidən yerini tapması hesab etmək olar. Hələ bu yolun davamı var. Zəngəzura , Ərəfsəyə, Sallıya qayıdacağımız günlər də uzaq da deyil.

Musa Muradlı, Media1.az