İctimai nəqliyyat 7 gün işləməyəcək
Azərbaycanda bir həftəlik Ramazan tətili başlayıb
Bu gündən mayın 16-sı saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Media1.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Buna əsasən, bütün ölkə ərazisində bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
Xatırladaq ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.