24 Dekabr 2024

ADTGT nazirin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) Sədri Asif Əsgərli və təşkilatın İdarə Heyəti AR Gənclər və İdman Naziri Azad A. Rəhimovun vəfat etməsi ilə əlaqədar GİN-nin rəhbər heyətinə, bütün kollektivinə, ailə üzvlərinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir. Azad Rəhimov Azərbaycanda 15 il ərzində gənclər və idman sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsinə rəhbərlik etmiş peşəkar şəxs idi. O, Azərbaycanda gənclər işinin yüksək səviyyədə həyata keçirilməsinə, gənclər hərəkatının şaxələnməsinə, onun hüquqi və maddi-texniki bazasının  genişlənməsinə böyük töhfələr vermişdir. Yüksək şəxsi keyfiyyətlərə malik Azad müəllim eyni zamanda gözəl, mehriban və səmimi insan idi. Hər zaman gənclərə və onların birləşdiyi təşkilatlara qayğı və diqqətlə yanaşırdı. Allah rəhmət eləsin!