Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində COP 29 ilə bağlı müzakirə keçirilib
Oktyabrın 11-də COP 29 tədbirlərinə uyğun olaraq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Davamlı inkişaf naminə təbiətimizi və dünyamızı qoruyaq” adlı tədbir keçirilib.
Media1.az-ın xəbərinə görə , tədbirdə 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Genetik Ehtiyyatlar İnstitunun Qarabağ bölməsinin direktoru Məhəmməd Şirinov, Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı, Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Əhliman Hümbətov və kollec tələbələri iştirak edib.
Tədbir səmərəli və məhsuldar şəraitdə keçməklə maraqlı söhbətlərin müşayətilə yekunlaşıb.