23 Dekabr 2024

44 günlük müharibə vaxtı Bərdə şəhər Alı adına 5 saylı tam orta məktəbdə 89 ailə, 527 nəfərə sığınacaq verilib

44 günlük vətən müharibəsində Bərdə şəhər şəhid Alı adına 5 saylı məktəbin  fəaliyyətini qeyd eləmək yerinə düşərdi.Cəbhənin təmas xəttinə yaxın şəhər və kəndlərimizdən arxaya çəkilməli olan soydaşlarımıza qucaq açıb, çörək veriblər. İlk günlərdə ayağı yalın, başı açıq, çaşqın evindən çıxan bu adamlara zəruri nə tələb olunursa Teymur müəllim və məktəbin müəllimlərinin yardımları ilə təmin olunublar. Qonaqlara isti yemək, çay təşkil edilib, verilib.Dövlət təminatına alınandan sonra məktəb rəhbəri Teymur Həmidovun çiyinlərinə düşən yük yüngülüyüb.

O günləri xatırlayan Teymur Həmidov 44 günlük vətən müharibəsi haqqında fikirlərini bölüşür.

“ Vətən müharibəsi 28 illik işğal altında qalan torpaqlarımızın azad olunmasına gətirib çıxarıb.Cənab prezidentimizin daxili və xarici siyasətinin nəticəsi və  Azərbaycan oğullarının qəhramanlığı sayəsində torpaqlarımız azad olunub.”-deyə söhbətə başlayan Teymur Həmidov o günləri belə xatırlamalı olur.

Bildirir ki, sentyabrın 27-də başlayan müharibə vaxtı səhər-səhər xəstəxanaya gedib qan verib.Hətta qanvermək üçün saysız hesabsız bərdəlilərin qan verməyə getdiyini görüb.Məktəb direktorunun  cəbhə üçün ürəyi atlansa da ona irəlidə dövlətin ehtiyyacı olmayıb,əvəzində arxa cəbhənin  iştirakçısı olub .Həmin günlərdə Ağdam , Tərtərdən çoxlu sayda köçkün qəbul ediblər. 89 ailə,527 nəfəri Bərdə şəhər şəhid Alı adına 5 saylı tam orta  məktəbdə yerləşdirilib. Köçkünün sayı çox olduğundan bir otaq da 2-3 ailə yerləşdirməli olurmuşlar .

“Həmin günlərdə düşmənin atdığı raketlərdən biri də bizim məktəbə düşdü.Xoşbəxtlikdən partlamadı.Onu da deyək ki, qurbansız  Müharibə olmur. Həmin günlər biz də hər gün cəbhədən şəhid qarşılayırdıq. Şəhidlərin dəfnində elliklə iştirak edirdik.İndinin özündə də YAP sədri Fəqət xanım Şadlinski ilə birgə tez-tez şəhid ailələrinə baş çəkirik. Həmin ailələrin güzəranı, dolanışığı ilə maraqlanırıq.” – deyə məktəb direktoru Teymur Həmidov  bildirir.

Məktəb direktorunun qeyd etdiyinə görə , məktəbdə 3 şəhid ailəsinin övladı təhsil alır.Onların təhsili məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır.Şəhidlər haqqında mütəmadi xatirə yığıncaqları keçirilir. Teymur müəllim bildirir ki, bu gün də 13 şəhid ailəsinin iştirakı ilə belə bir tədbir keçirilib.

Teymur müəllim sonda bildirir ki, noyabrın 10-da prezidentimizin qalib olaraq erməniləri təslimçilik aktına məcbur eləməsi həyatında eşitdiyi ən xoş xəbər olub.