23 Dekabr 2024

21-ci əsrin ən yaxşı məşqçisi seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrin ən yaxşı futbol məşqçilərinin siyahısını hazırlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, “Tottenhem”in çalışdırıcısı Joze Mourinyo ən yaxşı məşqçi seçilib. Portuqaliyalı mütəxəssis 21-ci əsrdə dörd dəfə (2004, 2005, 2010, 2012) dünyanın ən yaxşı məşqçisi mükafatını qazanıb. Bundan başqa, o, son 16 ildə mütəmadi olaraq dünyanın ən yaxşı 10 məşqçisi arasında yer alır. İkinci yerdə 2014 və 2017-ci illərdə ən yaxşı məşqçi olmuş Almaniya millisinin baş məşqçisi Yoahim Löv qərarlaşıb. Üçüncü yeri “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Fergüson və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bölüşdürübülər.

Onları Arsen Venger, Karlo Ançelotti, Visente del Buske, Dieqo Simeone, Didye Deşam, Marselo Bielsa, Fabio Kapello və Quus Hiddink izləyib.