203 ölkə 2024 Olimpiya Oyunlarına dəvət alıb – Rusiya və Belarus kənarda qalıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Olimpiada Oyunlarında iştirak etmək üçün 203 ölkənin milli olimpiya komitəsinə rəsmi dəvət göndərib.
Media1.az xarici mediaya istinadla xəbər verir ki, rəsmi sənəd tanınması 2022-ci ildən müvəqqəti olaraq dayandırılmış Rusiya və Belarusun, eləcə də Qvatemalaya olimpiya komitələrinə göndərilməyib.
İyulun 26-da bu hadisənin şərəfinə Parisdə BOK-un prezidenti Tomas Baxın və Paris 2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estanqetin iştirakı ilə təntənəli tədbir keçirilib.
2024-cü il Yay Olimpiya Oyunları 2024-cü il avqustun 26-dan sentyabrın 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.
Rusiya BOK-dan dəvət almaması Ukraynaya qarşı işğalçı müharibə aparmasıdlr. Belarusun günahı isə bu müharibədə ona hərtərəfli dəstək verməsidr.