25 Dekabr 2024

2027-ci ildə açılacaq kosmik oteldə nələr olacaq? – 1 nəfər üçün 5 milyon ödəniş… FOTO VİDEO

Dünyanın ilk kosmik oteli “Voyager Station” 2027-ci ildə istifadəyə veriləcək.

Otel Beynəlxalq Kosmik Stansiya ilə eyni orbitdə fırlanaraq mərkəzdənqaçma qüvvəsi hesabına Ayın qravitasiyasına yaxın bir süni qravitasiya yaradacaq. Bunun sayəsində oteldə qalan 400-ə yaxın şəxs normal şəkildə gəzə və istirahət edə biləcəklər.

Turistləri otelə “SpaceX”in falkonları daşıyacaq. 3.5 günlük tur üçün bir nəfərin ödəyəcəyi qiymət 5 milyon dollara yaxın olacaq. Otel planetin ətrafında 90 dəqiqə ərzində tam dövrə vuracaq. İçərisindəki imkanları ilə insanları özünə cəlb edən “Voyager Class” öz barını, kinoteatrını, restoranını və spa mərkəzini də müştərilərinə təqdim edəcək.



“Voyager” oteli dizayn edən Orbital Assembly Corporation (OAC), otelin inşasının 2025-ci ildə başlayacağını və 2027-ci ildə istifadə edilə biləcəyini söyləyir.

OAC bu oteli fırlanma sürətini artırmaq və ya azaltmaqla müxtəlif səviyyələrdə süni cazibə yarada bilən bir kosmik stansiya olaraq xarakterizə edir.

Space.com saytında yer alan məlumatlara görə, bu layihənin mənşəyi əslində 2012-ci ildə Con Blinkovun “Gateway Foundation” vəqfini qurduqdan sonra başlayıb. OAC şirkəti də həmin bu vəqf tərəfindən yaradılıb.

Bu səbəbdən də “Gateway Foundation” ilk kosmodromu yaradıb.



Bunu necə etdiklərini belə ifadə edirlər: “Belə bir quruluş yaratmaq üçün əvvəlcə bir neçə kiçik tikilini tikməli idik. “Voyager”in bu qədər vacib olmasının ən böyük səbəb ilk fırlanan kosmik stansiyalardan biri olmasıdır. Həm də bu layihə tarixdə bir ilk olacaq”.

Turan Oruc
Musavat.com