2 uşağa “BUTA” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil almaq hüququ verildi
“BUTA” körpələr evi uşaq bağçasının rəhbərliyindən xeyirxah addım atılıb. İki imkansız ailənin övladına ödənişsiz təhsil almaq hüququ verilib.
Media1.az xəbər verir ki, bu barədə “BUTA” körpələr evi uşaq bağçasının rəhbəri Günay Ağamalı bildirib.
Məlumatda deyilir:
Dəyərli dostlar!
Xatirinizdədirsə, 1 İyun 2021-ci il tarixində Azərbaycan Uşaqlar Birliyinin nəzdinindəki Uşaq Sığınacağının iki sakininə “BUTA” körpələr evi uşaq bağçasında ödənişsiz təhsil alma hüququ vermişdim. 01 Oktyabr 2021-ci ildən Uğur və Hüseyn də Butaçılar sırasına qoşuldu.
Doğma və isti “BUTA” körpələr evi – uşaq bağçası körpələrimizə xidmət etməkdən böyük zövq alır. Fidanlarımızın inkişafında bizim də əməyimiz varsa, nə xoş bizə, nə mutlu bizə!
Fidanlara sonsuz sevgilərimlə, Günay Ağamalı.
Media1.az