2 Avqust – Azərbaycan Kinosu Günü münasibəti şəmkirli gənclər maraqlı tədbir təşkil ediblər

Əvvəlcə,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin əməkdaşları 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak edən gənclərə milli filmlərimizin tarixi ilə bağlı məlumatlar veriblər.
Daha sonra gənclər “Sehrli xalat” filmini izləyib və film haqqında tədbir iştirakçıları arasında müzakirələr aparıblar.
Yekunda tədbir iştirakçıları adından zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan, ölkəmizin simasını dünyaya tanıtdıran film işçilərimizə təbriklər ünvanlanıb, gələcək fəaliyyətlərində aktyor və rejissorlarımıza uğurlar arzulanıb.
Media1.az





