21 Dekabr 2024

19 yaşlı ispaniyalı Karlos Alkaras ikinci “Masters”i qazandı

19 yaşlı tennisçi Karlos Alkaras qısa karyerası ərzində ikinci “Masters”i qazanıb. Mayamidən sonra ispaniyalı Karlos Madriddə də üstünlük əldə edib. “Topraq kortun kralı” Rafael Nadalın varisi həlledici görüşdə ötənilki çempion Aleksandr Zverevi məğlub edib.

Madriddəki “Masters”in əsas sensasiyası əvvəlcə 1/4 finalda Rafael Nadalı məğlub edən, sonra isə 1/2 finalda dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçdən güclü olduğunu isbat edən 19 yaşlı Karlos Alkaras olub. Karlos eyni turnirdə həm Novak, həm də Rafanı məğlub edən tarixdə 12-ci oyunçu, həmçinin bu cütlüyü ardıcıl iki raundda məğlub edən 4-cü və buna torpaq kort üzərində nail olan dünyada ilk oyunçu olub.

Beləliklə, Alkaras Mayamidən sonra özünün ikinci “Masters” finalına çıxıb. Həlledici görüşdə rəqib kimi o, Madridin hazırkı çempionu Aleksandr Zverevlə qarşılaşıb. Rusiya əsilli alman ardıcıl olaraq Feliks Oje-Alyassimi (8-ci yer) və Stefanos Sisipasanı (4) məğlub edib. Zverev Sisipasanı hazırda torpaq kort üzərində ən yaxşı tennisçi adlandırıb:

“Rafa qayıdır, Novak sürət qazanır, amma mənə elə gəlir ki, hazırda Stefanos Sisipasa dünyanın ən yaxşı torpaq kort oyunçusudur. Şans əldə etmək üçün mən maksimum gücümü göstərməliyəm. Amma matçı səbirsizliklə gözləyirəm, çünki Monte-Karloda o, məni çox asanlıqla məğlub etdi. Ümid edirəm ki, bunu dəyişə bilərəm”.

Finaldakı rəqiblər Zverev və Alkaras buna qədər iki dəfə oynayıblar və hər dəfəsində – Akapulko və Vyana 2021-də Aleksandr güclü olub. Şəxsi görüşlərdəki fərqə baxmayaraq, Zverev ispaniyalıya layiq olduğu dəyəri verib.

“Bu həftə etdiyi heç nə məni təəccübləndirmir, çünki onun nə qədər yaxşı olduğunu bilirdim. Keçən il Akapulkodakı matçdan sonra onun 2023-cü ildə ilk onluğa daxil olacağını proqnozlaşdırmışdım, lakin o, mənim təxminimdən də yaxşı nəticə göstərdi. Əlavə edəcək bir şey yoxdur, onun oyunu təsiredicidir, 19 yaşında o, artıq böyük oyunçu kimi görünür, onun üçün heç bir məhdudiyyət yoxdur”, – deyə Zverev fikrini ifadə edib.

Keçmiş qarşılaşmalarda Zverevdən iki məğlubiyyətin xoşagəlməz yükünə baxmayaraq, ispaniyalı final matçına mübarizə üçün yüklənmiş əhvalda çıxıb. O, artıq 4-cü “game”də “break point”ə ilk çatan olub. Aleksandr bu təhlükəni uzaqlaşdırsa da, Karlos 4:2 öndə olmağı bacarıb və bu üstünlüyü oyunun sonuna kimi inamla saxlayıb – 33 dəqiqəyə 6:3. Qeyd edək ki, Nadal və Cokoviçlə matçlarda olduğu kimi, ispaniyalı burda da qısaldılmış, dərin əyri zərbələrdən parlaq şəkildə istifadə edib və ötürmə ilə oyunu birbaşa zərbə ilə başa vurub. İkinci oyun tamamilə Alkarasın üstünlüyü ilə keçib və o, rəqibə yalnız başlanğıc “game”i verib. Oyun alman tennisçinin tam məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, 19 yaşlı Karlos Alkaras turnirin üç birincisi – Cokoviç (1), Zverev (2), Nadal (3) üzərində qələbə ilə “Masters”də 2-ci titulunu qazanıb.

Onun Barselonadakı ATP-500-də son kuboku nəzərə alınarsa, gənc ispaniyalı qələbə seriyasını 10 matça çatdırıb. 

Mənbə: Championat.com