08 Sentyabr 2024

20 Yanvar faciəsinin 34-cü ildönümü Bərdədə böyük ehtiramla qeyd olunub

Bərdədə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunmuşdur

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar olaraq öncə iştirakçılar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Bərdə rayonuna atdığı Smerç tipli raketlərin qurbanı olmuş dinc Bərdə sakinlərinin xatirəsinə salınmış guşə önünə qərənfillər düzüblər. Mülki şəhidlər abidəsi önündə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla anılıb.

Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı” ziyarət olunmuş, onların məzarları üzərinə tər qərənfillər düzülmüşdür.
Saat 12:00-da rayonun “Şəhidlər xiyabanı” nda şəhidlərin ruhu bir dəqiqəlik xatirə sükutu ilə yad edilmişdir.
Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!