Zümürxan məktəbinə direktor təyinatı olub

Bərdə rayon Zümürxan məktəbində kadr dəyişikliyi olub.
Media1.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin əmrinə əsasən Məmmədova Mənsurə Qabil qızı Bərdə rayon Zümürxan kənd X.ismayılov adına tam orta məktəbinə direktor təyin edilib.
Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə sektor müdiri Qurban Məmmədov yeni təyin edilmiş direktoru bu gün kollektivə təqdim edib.
Onu da qeyd edək ki, Mənsurə Məmmədova indiki təyinata qədər Bərdə rayon Əliyanlı kənd tam orta məktəbin direktoru kimi fəaliyyət göstərib.
Media1.az
