Zelenskinin “qələbə planı” sızdırıldı – DETALLAR
Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzv olmaq və daha çox silah təchizatı ilə bağlı tələblərini özündə əks etdirən “qələbə planı” hazırlayıb.
Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Bloomberg agentliyi anonim mənbələrə istinadən yayıb.
Plana görə, Zelenski ABŞ prezidenti Co Baydenə təzyiq göstərərək Ukraynanın NATO-ya daxil olması üçün rəsmi dəvət almasını istəyəcək. Eyni zamanda, Zelenski Bayden administrasiyasının Ukraynaya müasir silahların mütəmadi olaraq çatdırılmasını da təmin etməsini tələb edir.
Planın digər hissəsində Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün aydın bir yol və əlavə iqtisadi və hərbi sazişlərin razılaşdırılması yer alır. Zelenski inanır ki, bu tədbirlər Rusiya prezidenti Vladimir Putini sülh axtarmağa məcbur edəcək.
Bundan başqa, Kiyev Qərbin Ukraynanın tələblərini nəzərə almadan münaqişəyə son qoymasının Rusiyanın gələcəkdə yenidən hücuma keçməsinə səbəb ola biləcəyindən narahatdır.