25 Sentyabr 2022

Zelenski: Rusiyanın “qüdrətli ordusu” haqqında əfsanələr puç oldu

“Beynəlxalq birlik Ukraynaya hərbi yardım tempini artırmalıdır. Çünki Ukrayna Silahlı Qüvvələri lazımi silahları aldıqda, Xarkov rayonunun azad edilməsində olduğu kimi dərhal nəticəni nümayiş etdirə bilir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Bill Klintonla səhbəti zamanı səsləndirib.

“Həqiqətən kömək etdiyiniz zaman, Xarkov nümunəsində bunun nəticəsini görürsünüz. Bu, həm də Rusiya ordusunun heç də ən güclü olmadığını göstərir. Qarşısında güclü və ondan qorxmayan dövlət olduqda rus ordusunun heç də qüdrətli olmadığı üzə çıxır”,-deyə Ukrayna lideri qeyd edib.

Dövlət başçısı Zelenski, növbəti qələbələr üçün ölkəsinin daha çox silaha ehtiyac duyduğunu bir daha təkrarlayıb.

“Ərazilərimizi düşməndən azad edən kimi, Rusiyanı danışıqlar masasında oturmağa məcbur etmək lazımdır”,-deyə o, bildirib.