20 Aprel 2025

Zelenski Putinin atəşkəs təklifinə CAVAB VERDİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin təklifini nə qəbul etdiyini, nə də açıq şəkildə rədd etdiyini bildirib.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski “Telegram”da yazıb.

“O, insanların həyatı ilə yenidən oyun oynamaq istəyir – hazırda Ukrayna ərazisində hava həyəcanı səslənir. Saat 17:15-də səmalarda Rusiya istehsalı olan zərbə dronları qeydə alınıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri və aviasiyası artıq müdafiəyə başlayıb. Səmamızın üzərində “Shahed” pilotsuz uçuş aparatlarının olması Putinin həm Pasxaya, həm də insanların həyatına real yanaşmasını göstərir”, – deyə Zelenski yazıb.

Qeyd edək ki, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa atəşkəsini elan edib.