08 Sentyabr 2024

“Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti görüş şəhər 7№-li tam orta məktəbdə baş tutdu.

Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihəsi çərçivəsində növbəti görüş şəhər 7№-li tam orta məktəbdə (7-11)-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. Tədbirdə ilk olaraq müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızn azadlığı uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən əldə edilən parlaq Qələbədən danışaraq xalqımızın uzun sürən Vətən həsrətinə, nisgilinə son qoyulduğunu qeyd etmişdir.
Sonra tədbirdə ənənəvi olaraq YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Layihənin 7№-li məktəb üzrə məruzəçisi YAP Yevlax rayon təşkilatının fəalı, Yevlax rayonu Yəldilli kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev Ulu öndər Heydər Əliyevin xalqın tələbli təkidi ilə hakimiyyətə gəldikdən sonra Ordu quruculuğunda, İqtisadiyyatın gücləndirlməsində və diğər sahələrdə aparılmış yenidən qurmadan danışmışdır. Natiq məruzəsində qeyd etmişdir ki, sarsılmaz təməllər üzərində qurulmuş dövlətçilik estafetini əmanət götürən cənab Prezident İlham Əliyevin bu əmanəti daha da inkişaf etdirmiş, bütün platformalarda Azərbaycan həqiqətləri üçün mübarizə aparmış və Vətən müharibəsində əldə edilən misilsiz Qələbədən məktəblilərə geniş bəhs etmişdir. Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçıları olan məktəblilərlə intellektual oyun keçirlmişdir. İntellektual oyunda 1-ci yerə layiq görülən 11-ci sinif şağirdi Mirili Əsma Samir qızı YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 9-cu sinif şagirdi Oruclu Kərim Novruz oğlu və 3-cü yerə layiq görülmüş 10-cu sinif şagirdi Bağırov Süleyman Firdovsi oğlu YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.

Media1.az