23 Dekabr 2024

Zaur İbrahimli: Biz bu son məsələ barədə də beynəlxalq təşkilatlardan dərhal reaksiya gözləyirik

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli isə qeyd edib ki, Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil:

“Birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər Azərbaycan vətəndaşı əsir və girov götürülüb. Onlardan 98-i qadın, 29-uşaq, 112-si isə ahıl şəxslərdir. Bu şəxslərin aqibəti barədə qarşı tərəf bu vaxta qədər heç bir məlumat verməyib. Biz bu son məsələ barədə də beynəlxalq təşkilatlardan dərhal reaksiya gözləyirik. Hesab edirik ki, hələ reaksiya gecikib. Ermənistanın məsuliyyətinə cavabdehlik xüsusən vurğulanmalı, beynəlxalq təzyiq gücləndirilməlidir”.