23 Dekabr 2024

Yevlaxda şəhidlərin xatirəsi yad edilib

YAP Yevlax rayon təşkilatının rəhbərliyi və fəalları,Yevlax rayon İcra Hakimiyyətinin məsul şəxsləri,qazilər,hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Yevlax rayon Səmədabad kənd sakini polkovnik-leytenant Soltan Məmmədovun, Yuxarı Salamabad kənd sakini Cavid Təhməzovun və Nemətabad kənd sakini Faiq Adıgözəlovun ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov Ölkə Prezidenti Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik,qətiyyətli və güclü iradəli rəhbər olmasından və onun ölkənin bütün sferalarında apardığı uğurlu siyasətdən,eyni zamanda bu praqmatik siyasət nəticəsində Ordumuzun şücaəti ilə Vətən müharibəsi zamanı 30 illik düşmən işğalına son qoyan Böyük Qələbəmizdən danışdı.Çıxış edən şəhidin ailə üzvləri, döyüş yoldaşları və digər şəxslər şəhidlərin Vətən müharibəsindəki rəşadətindən və onların Azərbaycan torpaqlarını canı-qanı bahasına günlər ərzində düşmən işğalından azad edərək xalqımıza Qələbə sevinci yaşatmasından geniş bəhs etdilər. Daha sonra məktəblilərin şəhidlərin xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilmiş,xatirə şəkilləri çəkilmişdir.

Rayon rəsmilərinin iştirakı ilə şəhidlərimizin ailəsi ziyarət edilmiş və ehsan süfrəsi təşkil olunmuşdur. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!