15 Mart 2025

Yevlaxda iki minik avtomobili toqquşub: 2 ölü, 3 yaralı

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır