23 Dekabr 2024

Yevlax məktəbində oxuyan şəhidin xatirəsi yad edilib

YAP Yevlax rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Yusif Məmmədovun şəhadətinin birinci ildönümü münasibətilə onun oxuduğu şəhər 9N-li tam orta məktəbdə keçirilən tədbirdə iştirak etmişdilər.

Media1.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığl böyük Qələbə ilə erməni təcavüzkarlarını ağır məğlubiyyətə uğratmasından və soydaşlarımızın 30 illik Vətən həsrətinə son qoyulmasından danışdı.

Tədbir çərçivəsində məktəblilərin şəhidin xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilmişdir.

Daha sonra tədbirdə çıxış edən şəhidin anası Diləzbər Məmmədova, sinif yoldaşı Fərid Vaqifli və məktəbin müəllimləri Yusif Məmmədovun məktəb illərində də əxlaqlı və vətənpərvər ruhlu bir şagird olmasını qeyd edərək, onun qısa və şərəfli həyatından geniş bəhs etdilər.

Allah bütün şəhidlərimizə rəhmət etsin. 

Media1.az