21 Dekabr 2024

Yer kürəsini maqnit qasırğası bürüdü

Noyabrın 26-da Yer kürəsində mülayim maqnit qasırğası qeydə alınıb.

Müvafiq xəbərdarlıq Rusiya Tətbiqi Geofizika İnstitutu tərəfindən verilib.

Məlumata görə, hazırda maqnit sahəsinin pozulma dərəcəsi G2 səviyyəsindədir ki, bu da beş göstəricidən ibarət monitorinq şkalası üzrə “orta” deməkdir (G1 – “zəif”, ​​G5 – “son dərəcə güclü”).

Beləliklə, Yer kürəsində enerji sistemlərində və radionaviqasiyada fasilələr mümkündür.

Qeyd edək ki, son bir həftə ərzində Günəşdə bir neçə güclü partlayışlar baş verib.//oxu.az