Yeni seçilən hakimlərin andiçmə mərasimi keçirilib

Ali Məhkəmədə yeni seçilən 44 hakimin andiçmə mərasimi baş tutub.
APA-nın xəbərinə görə, xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə ötən il Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilmiş müsabiqə nəticəsində 44 nəfər hakimliyə namizəd bir neçə mərhələdən ibarət olan bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurub.
Qeyd edək ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bir sıra birinci instansiya məhkəmələrinə hakim təyinatları olub.