21 Dekabr 2024

Yeni, müstəqil Azərbaycan uğrunda

Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il keçir. 21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis olunduğu gün ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biri, birincisidir.

Yeni Azərbaycan Partiyası zərurətdən, gərgin vəziyyətdən çıxış üçün Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılaraq dövrün aparıcı uzaqgörən ziyalılarını bir araya gətirə bildi. YAP-ı bir siyasi təşkilat kimi dəyərləndirmək, onun fəaliyyətinə siyasi qiymət vermək üçün ötən əsrin 90-cı illərinin Azərbaycanına, bu zaman gənc ölkəmizdə baş verən hadisələrə diqqət etmək lazımdır. Müstəqilliyin ilk illərində ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi – torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi Lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Yeni bir siyasi baxışa, gücə ehtiyac var idi ki, bu da məhz YAP oldu.

1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin “Səs” qəzeti vasitəsilə Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən​ “Azərbaycan Sizin sözünüzü gözləyir”​ müraciətinə dahi şəxsiyyət 8 gündən sonra yenə də “Səs” qəzetində dərc olunan​ “Yeni, müstəqil Azərbaycan uğrunda”​ tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün dövrün ən mühüm hadisəsi 1992-ci il noyabrın 21-də Naxçıvanda baş verdi, Respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş Yeni Azərbaycan Partiyası. Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi