08 Sentyabr 2024

Yeni ili qeyd edəcəksinizmi?- Paytaxt sakinləri arasında VİDEOSORĞU

Azərbaycanda son illərin ən səssiz, təmtəraqsız Yeni ili keçiriləcək.

Son günlər cəmiyyətdəki ictimai rəy, ab-hava, paytaxtın mərkəzindəki səssizlik bunu deməyə əsas verir. Bu səssizliyin isə bir səbəbi var bu, vətən savaşında canından olan 2802 şəhidimizin ruhuna, onların gözü yaşlı qalan ailəsi, valideynləri, övladlarının acısına sayğıdır.

Qalib bir xalq olaraq nə qədər sevincli günlər yaşasaq da, xalqımız Yeni il yolkalarını, bəzək-düzək və şadyanalıqları tənqidlə qarşılayır, bu günləri şəhid olmuş oğulların matəmi ilə keçirən ailələrin kədərinə şərik olur.

Paytaxt Bakı da öncəki illərdən fərqli olaraq bəzəksiz-düzəksiz yeni ilə daxil olur. Elə şəhər sakinləri ilə söhbətimiz zamanı da məlum oldu ki, əksər vətəndaşlar bizə ən böyük bayramı-qələbəni yaşadan şəhidlərimizin ruhuna hörmət olaraq, yeni ili səssiz qarşılayacaqlar. Sujetimizi izləməklə sakinlərin 2020-ci illə bağlı təəssüratları və 2021-ci ildən gözləntiləri ilə bağlı maraqlı fikirləri də eşidəcəksiziniz:

Alim Liftiyev,
Elçin Əkbərov,
Musavat.com