28 Mart 2024

Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin birinci ili çox ağır keçmiş, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi.Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir.

Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndənin iştirak etdiyini xatırladan YAP-ın Sədri vurğulayıb ki, onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Sonra tədbir çıxışlarla davam etdi.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın 30 illik fəaliyyəti dövründə əldə edilən uğurlardan və gələcəkdə atılacaq addımlardan danışdılar. YAP-ın xalqın sevgisini və dəstəyini qazandığını, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirdiyini diqqətə çatdıran çıxışçılar qeyd etdilər ki, bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınır.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başa çatdı.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı