04 Dekabr 2024

Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlər araşdırılacaq

Eko Aləm ictimai birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin araşdırılması” layihəsinin icrasına başlayıb.

Layihənin əsas ideyası iqlim dəyişikliyi ilə mübarizədə önəmli əhəmiyyət kəsb edən yaşıllıq ərazilərin mühafizəsinə və qorunmasına ictimaiyyətin diqqətini cəlb etməkdir. Bu sahədə görülən işlərində araşdırılması və ictimaiyyətin diqqətinə çatdırılmasına da ehtiyac duyulur ki, insanlar bunun hansı zəhmətlər qarşısında başa gəldiyini bilsin və ətraf mühitə diqqətlə yanaşsın. Bildiyimiz kimi Azərbaycan Respublikası Qafqazda ən az içməli su ehtiyatına malikdir. Yaşılıqların inkişaf etdirilməsi işi su olmadan mümkün deyildir. Bu səbəbdən də ölkəmizdə, müasir təcrübə olan dəniz suyunun duzsuslaşdırılaraq istifadə edilməsinə başlanılıb.

Artıq 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi tikilərək istifadəyə verilib. Bu kompleksin fəaliyyəti nəticəsində bir sıra ərazilərdə, eləcədə yol kənarında yaşılıqlar salınıb. Layihə işi çərçivəsində bu kompleksin fəaliyyəti və istehsal olunan sudan istifadə edilən sahələr, salınan yaşılıqların inkişaf səviyyəsi araşdırılacaq və həmin yaşıllıq ərazilərdə vizual monitorinqlər həyata keçiriləcək, eləcədə Xəzər dənizinin çəkilməsinin bu kompleksin və salınan yaşılıqların inkişafına təsirləri araşdırılacaq. Araşdırma nəticəsi olaraq yekun hesabat sənədi hazırlancaq və ictimaiyyətin diqqətinə çatdırılmaq üçün təşkilatın saytında yerləşdiriləcək.

Layihə işini ölkəmizin dörd rayonunda Salyan, Şamaxı, Qəbələ və Goranboyda həyata keçirilməsi planlaşdırılıb.