Yaşar Gülərdən SON DƏQİQƏ sülh müqaviləsi açıqlaması
“Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh istiqamətində səmimi səyləri dəstəkləyirik və bunun tezliklə müsbət nəticələnməsini arzulayırıq”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir”, – nazir vurğulayıb.
Gülər bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə iki ölkənin gücünü və əzmini nümayiş etdirən hərtərəfli “Mustafa Kamal Atatürk-2023” təlimi də daxil olmaqla 14 birgə təlim keçirildiyini bildirib. (Report)