16 Aprel 2024

“Yaşamırıq, cəhənnəm əzabı çəkirik”-Bərdənin Bakı küçəsindəkilər belə deyir.

Bərdənin Bakı küçəsində bir ünvan var ki, orada sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürür. Məhəllə zibillə aşıb daşır, kanalizasiya sularının içində itib batır. Bu barədə sakinlər Media1.az-a “yaşamırıq, cəhənnəm əzabı çəkirik”- deyə şikayətləniblər.

10 nəfərlik ailədən biri də Vüsal Qəribzadəgildir.  Söhbət zamanı məlum olur ki, burada həm zibil tullantıları yığılıb, daşınmır, həm də qonşuluqdakı mağazalardan axıdılan çirkab suları  məhəllədə yığılmaqla gölə çevrilir.

 Vaxtaşırı ərazidəki ekoloji durumun dözülməz olması sarıdan əlaqədar-aidiyyatı təşkilatlara vətəndaşların haqlı narazılığını ifadə edən xırda problemin aradan qaldırılmasına görə çağırış olunsa da dəyişən heç nə yoxdur. Arada xırda görüntü yaradılsa da problem yenə də qalmağındadır.

Məhəllə sakini Vüsal Qəribzadə sosial şəbəkələrdə məhəllə sakinlərinin video söhbətlərin çəkir, ərazinin zibillənmiş, çirkab suları ilə gölləmiş yerlərinin şəkillərini paylaşmağı da sakinlərin dərdinə əlac olmur. Ha çalışsalar da , ictimailəşdirsələr də səlahiyyətlilərdən səs çıxmır.

Sakinlər bildirirlər ki, onların ən çox döydüyü qapı Bərdə Rayon İcra Hakimiyyətidir. Çox getsələr də dəyişən heç nə yoxdur. Nə zibilliklər yığışdırılır, nə də üfunət qoxuyan,antisanitariya məskəninə çevrilən, xəstəlik mənbəyi çirkab suları qurudulur.

Burada yaşayanlar bildirirlər ki, sanki, Bərdədə nə şəhər icra hakimiyyəti, nə Mənzil İstismar Sahəsi, nə də Mənzil Kommunal İstehsalat Birliyi var. Varsa da çəkindikləri yer yoxdur.