22 Dekabr 2024

Yaponiya Səhiyyə Nazirliyinin ekspertləri koronavirusa qarşı “Pfizer” şirkətinin peyvəndini bəyəniblər

Yaponiya Səhiyyə Nazirliyinin ekspertləri ölkədə koronavirusa qarşı ABŞ-ın “Pfizer” şirkətinin Almaniyanın “BioNTech” şirkəti ilə birlikdə hazırladığı peyvəndi bəyəniblər.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar peyvəndin səmərəliliyi və təhlükəsizliyi ilə əlaqədar sınaqlardan sonra fevralın 12-də keçirilən iclasda qəbul edilib.

Nazirliyin bildirildiyinə görə, qərar Yaponiyada orqanizmlərində koronavirusu neytrallaşdıran anticisimə malik yaponlar üzərində aparılan sınaqların nəticələri nəzərə alınaraq qəbul edilib.

Səhiyyə naziri Tamura Norihişanın bu peyvəndi ölkədə koronavirusa qarşı ilkin peyvənd kimi fevralın 14-də rəsmi olaraq bəyənəcəyi gözlənilir.

Xəbər verdiyimiz kimi, Yaponiya hökuməti qarşıdakı həftənin ortalarından başlayaraq ölkədəki səhiyyə işçilərinin peyvəndlənməsinə başlamağı planlaşdırır.