28 Yanvar 2023

YAP Bərdə RT-nın yaradıcısı Azay Abdıyevin xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının bir qrup üzvü YAP Bərdə RT-nın yaradıcısı, icra başçısı olmuş Azay Abdıyevin xatirəsini yad ediblər.

Media1.az-ın xəbərinə görə ,YAP Bərdə RT-nın sədri Fəqət xanım Şadlinskaya , Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, “Milli dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri Aydın Zeynalov və digər YAP üzvləri YAP Bərdə RT-nın yaradıcısı Azay Abdıyevin Bərdə rayonunun Mustafaağalı kəndindəki məzarını ziyarət ediblər.

Uzun illər dövlətə sədaqətlə xidmət göstərmiş, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiq olmuş Azay Abdıyevin işıqlı xatirəsi ehtiramla yad olunub.

Hacı Ramazan Hüseynovun qiraəti ilə unudulmaz siyasi xadim Azay Abdıyevin ruhuna dualar oxunub.

YAP Bərdə RT-nın yaranmasındakı fəaliyyətindən danışılıb.

Onu da qeyd edək ki, səfər iştirakçıları həm də kənd qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət ediblər.

Musa Muradlı- Media1.az