19 Noyabr 2025

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında tədbir keçirilib

19 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 8A” Ərazi Partiya Təşkilatında partiyanın təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Rafiq Alıcanov 8A” Ərazi Partiya Təşkilatın sədri Elvin Musayev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. Partiya dövrün zərurətindən və cəmiyyətin aydın, ziyalı təbəqəsinin təşəbbüsü ilə yaradılıb. Yeni Azərbaycan Partiyası tarixin məngənəsindən, taleyin sınağından üzüağ çıxaraq milli məfhuma çevirilib.

Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Rafiq Alıcanov 8A” Ərazi Partiya Təşkilatın sədr müavini Şəfayət Bağırov və partiya fəalı Raqif Qurbanov bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.