YAP Ağstafa rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş təşkil olunub.
Görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək qeyd edib ki, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Azərbaycanın müstəqil siyasəti, davamlı uğurları bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qısqanclıqla qarşılanır, onların apardıqları qərəzli, heç bir məntiqə sığmayan təbliğatlarının cavablandırılmasında partiya fəalları da öz sözünü deməli, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına töhfələrini daha da artırmalıdırlar. O qeyd edib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli dövlətin vətəndaşı olduğu üçün qürurludur. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olan hər kəs dövlətimizin siyasətinin fəal təbliğatçısı olmalıdır. Müasir dövrün yaratdığı imkanlardan səmərəli istifadə etməklə təbliğat işini daha da gücləndirməli, bu işə öz dəstəyimizi artırmalıyıq.
Daha sonra çıxış edən YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildirib ki, fəallar dövlət siyasətinin sosial mediada təbliği işində daha da fəal olmadırlar. Verilən tapşırıqların vaxtında operativ icra olunması diqqətə çatdırılıb.
Görüş diskusiya şəraitində davam edib.