18 Aprel 2025

YAP AĞSTAFA RAYON TƏŞKİLATI ƏRAZİ PARTİYA TƏŞKİLATINDA HESABAT-SEÇKİ YIĞINCAĞI KEÇİRİLİB

18.04.2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı “Qarahəsənli kənd” Ərazi Partiya Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qarahəsənli kənd” Ərazi Partiya Təşkilatının üzvü Ziyafət Əkbərov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışaraq bildirib ki, təşkilat üzvləri bütün keçirilən tədbirlərdə fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və Ərazi Partiya Təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib.

Yığıncaqda çıxış edən YAP Ağstafa rayon təşkilatının əməkdaşları hesabat məruzəsini, həmçinin Ərazi Partiya Təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra Ərazi Partiya Təşkilatına yeni tərkib seçilib. Beləliklə, İbrahimova Arifə Hmabul qızı “Qarahəsənli kənd” Ərazi Partiya Təşkilatının sədri, Həsənova Aynurə Fikrət qızı isə sədr müavini seçilib.

YAP Ağstafa rayon təşkilatının əməkdaşları yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıblar, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.