21 Yanvar 2025

YAP Ağstafa rayon təşkilatı Bələdiyyə seçkilərinə hazırlaşır

20 dekabr 2024-cü il tarixində YAP Ağstafa rayon təşkilatının inzibati binasında 2025-ci il yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Ağstafa rayonu üzrə Seçki Qərargahının iclası keçirilib.

İclasda YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev Qərargah üzvləri ilə gələcək fəaliyyət planını müzakirə edib. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onlara zəruri məlumatlar və təlimatlar çatdırılıb.

Tədbirdə çıxış edən Ağstafa rayon təşkilatının Seçki Qərargahının üzvləri Sahib Salıfov, Ziba Məmmədova, Fərid Eyyubov, Anar Qocayev və Şəfayət Bağırov qərargah üzvlərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər. Bu seçkilərdə də Ağstafa rayon təşkilatının yüksək fəallıq göstərəcəyinə əminlik ifadə edilib.