19 Mart 2024

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Ermənistan silahlılarının və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə xüsusi qəddarlıqla divan tutmuşdur. Xocalı qətillyamı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin gecə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini 130 uşaq isə iki valideyinindən birini itirdi.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi qeyd olunarkən Azərbaycan xalqına müraciətində qeyd etmişdir.

“XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa,

bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008 -ci ildə başlatdığı“Xocalıya Ədalət”kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.Leyla xanım Əliyeva demişdir “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir.

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Xocalıda Şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət diləyirəm.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı