Xoşbəxt Xankəndinin gecə mənzərəsi -FOTOSESSİYA

Xankəndi 34 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir, yenidən burda həyat canlanır. İndi Xankəndi gecələri gündüzü qədər gözəldir.
Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür.
Zülmət gecəyə Xankəndinin al-əlvan işıqlarından don biçilir. Şəhərin gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, közərəni, gur yananı da, səhərədək işıq saçanı da var. Şəhərin gecə mənzərəsi romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib.








