23 Dekabr 2024

“Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq”

Xocalıda mövcud vəziyyət təhlil edildikdən və öyrənildikdən sonra şəhərin planı hazırlanacaq.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

9a50f17c-75c8-35c5-a0ca-af7c7ff00755_850.jpg (73 KB)

O bildirib ki, Xocalıya ilkin baxışın və dəyərləndirmənin həyata keçirilməsi üçün Komitə tərəfindən müvafiq qrup göndəriləcək.

“Hazırda bununla bağlı hazırlıq işləri gedir. Sözsüz ki, digər şəhərlərdə olduğu kimi burada da əvvəlcə mövcud vəziyyət öyrənilməlidir. Daha sonra şəhərin planının hazırlanması üzrə işlərə başlamaq olar”, – deyə sədr müavini əlavə edib.