20 İyul 2024

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Bərdə rayonunda tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Bərdə rayonunun “Qəhrəmanlar Parkı” nda rəmzi məşəl kompleksi önündə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, rayonun digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı qurbanlarının xatirəsinə rəmzi məşəl önünə tər gül dəstələri düzülmüşdür.