08 Sentyabr 2024

Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5 nəfəri evə buraxılıb

Xırdalanda baş verən hadisə nəticəsində yaralananaların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, xəstələrdən 5-i evə buraxılıb:

“Əliyev Emil, Hüseynov Arif, 11 yaşlı Musayev Firuddin, Ələzova Simayə  və Şükürzadə Xədicə evə buraxılıblar”.

Partlayış zamanı ağır bədən xəsarətləri alan Vusal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.