19 Aprel 2024

Xınalıqda “Xarı-bülbül” lövhəsi ucaldıldı – FOTO

Bura turist yolu olduğu üçün yolu düşənlər şəhidlərimizin ruhuna dualar oxuyub, onlar haqqında ölkəmizin qonaqlarına bəhs edə biləcəklər.

 Ötən gün Azərbaycan alpinistləri 2783 m hündürlüyü olan dağın yüksəkliyində Böyük Vətən müharibəsində, zəfər uğrunda döyüşlərdə şəhidliyə yüksəlmiş 2783 igidimizin xatirəsinə bu lövhəni ucaldıblar.

Sputnik Azərbaycan-ın xəbərinə görə, alpinistlər Xınalıq kəndi yaxınlığındakı ərazini seçiblər.

Bura turist yolu olduğu üçün yolu düşənlər şəhidlərimizin ruhuna dualar oxuyub, onlar haqqında ölkəmizin qonaqlarına bəhs edə biləcəklər.